Koronavirus Nüsrəti də vurdu-2 milyon dollar yardım aldı

Koronavirus Nüsrəti də vurdu-2 milyon dollar yardım aldı

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində işləyən restoranlar sahibi Nusret Gökçənin 6 işçisinin koronavirusa yoluxduğu açıqlanıb.

Sonxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-da koronavirus halları artarkən, xüsusilə Florida, Texas və Kaliforniyadakı xəstəxanalar koronavirus xəstələri ilə doludur.

Koronavirusa yoluxanların sayında artım rekord qeydə alınıb və gündəlik 62 mini keçib. Florida ştatında artan koronavirusa yoluxma sayının hədsiz artması səbəbindən restoranlar bağlanıb, müəssisələr isə yalnız "onlayn" sifarişlə xidmət göstərir.

Bildirilib ki, Nusretin Mayamidəki restoranı da koronavirus səbəbiylə xidmətini dayandırıb.

Digər tərəfdən, restoranlar sahibi Nusret Gökçənin də ABŞ-da koronavirus epidemiyası səbəbiylə iş sahiblərinə ödənilən Əmək haqqı Müdafiə Proqramından faydalandığı açıqlanıb.

Belə ki, Mayamidəki Nusret şöbəsinin işçilərindəki koronavirus aşkarlanması nəticəsində bağlanan filial üçün ABŞ-ın köməyinə müraciət edən Gökçənin 2 milyon dollarlıq bir məbləğ aldığı ifadə edilib.

Qeyd edək ki, ABŞ-dakı müəssisələrə ümumilikdə 521.4 milyard dollarlıq yardım paketi verilib. Yardımlar, koronavirusdan təsirlənmiş müəssisələri qorumaq məqsədi daşıyıb.

Mənbə: sonxeber.az