Rusların koronovirus əleyhinə dərmanı həyat üçün təhlükəli çıxdı

Rusların koronovirus əleyhinə dərmanı həyat üçün təhlükəli çıxdı

Rusiya Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənmiş koronovirus əleyhinə "Avifavir" dərmanı hamilə qadınlar üçün təhlükəli çıxıb.

Avropa.info xəbər verir ki, bu açıqlama ilə professor Anatoli Alşteyn çıxış edib. Rusiyalı elm adamı bu preparatın əvvəllər yuxu dərmanı kimi istifadə edildiyini və genetik eybəcərlikləri olan uşaqların doğulmasına gətirib çıxardığını deyib.

Alşteynin sözlərinə görə, "Alfavir"i 20 il əvvəl yapon istehsalı "Favipiravir"in sintezi nəticəsində alıblar.

"Bu dərman hamilə qadınlar üçün çox təhlükəlidir. Dərman 60-cı illərin əvvəli yuxu dərmanı kimi qəbul edilən talidomid preparatı təsir göstərir" - virusoloq deyib.

Mənbə: avropa.info