Estoniyadan uçuşlara qoyulan məhdudiyyət ayın sonunadək qüvvədə qalacaq

Estoniyadan uçuşlara qoyulan məhdudiyyət ayın sonunadək qüvvədə qalacaq

 

Tallinn, 10 iyul, AZƏRTAC

Estoniyanın İqtisadiyyat naziri Taavi Aas ölkədən uçuşlara qoyulan məhdudiyyətin iyulun 28-dək qüvvədə qalması barədə sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, nazir bu məhdudiyyətlərin koronavirusa yoluxanların sayının 100 min nəfərə 25 yoluxma halını ötən ölkələrə şamil olunduğunu söyləyib.

Onun sözlərinə görə, ölkələr arasında nəqliyyat əlaqələrinin fəaliyyətinin necə inkişaf etdiyini izləmək çox vacibdir.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Tallinn

AZERTAG.AZ :Estoniyadan uçuşlara qoyulan məhdudiyyət ayın sonunadək qüvvədə qalacaq

Mənbə: azertag.az