Ayasofya 86 ildən sonra yenidən məscid kimi fəaliyyət göstərəcək?

Ayasofya 86 ildən sonra yenidən məscid kimi fəaliyyət göstərəcək?

Türkiyədə “Danıştay” məhkəməsi tərəfindən Ayasofya muzeyinin məscid kimi fəaliyyətə başlayıb-başlamayacağı barədə verəcəyi qərar gözlənilir.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Fatih Sultan Mehmetin İstanbulu fəthindən sonra məscidə çevirdiyi Ayasofya 24 noyabr 1934-cü ildə Türkiyə hökuməti tərəfindən muzeyə çevrilmişdi. 2016-cı ildə Türkiyənin “Sürekli Vakıflar Tarihi Eserlere ve Çevreye Hizmet Derneği” ikinci dəfə “Danıştay” məhkəməsinə müraciət edərək Ayasofyanın 1934-cü ildə məsciddən muzeyə çevrilmə qərarının ləğv edilməsini istəmişdi. Dərnək qərardakı Mustafa Kamal Atatürkün imzasının da saxta olduğunu iddia etmişdi. İndi isə Türkiyədə Ayasofyanın yenidən muzeyə çevrilməsi barədə işlərin görülməsinə başlanılıb. “Danıştay” məhkəməsi Ayasofyanın məscidə çevrilməsini səsvermə ilə qəbul etdiklərini və bu barədə qərarı bu gün, 10 iyulda açıqlayacaqlarını bildiriblər. Bu addımdan sonra UNESCO tərəfindən açıqlama verilərək bildirildi ki, Ayasofyanın muzey statusunda ediləcək hər hansı dəyişiklik barədə onlara məlumat verilməlidir və bu barədə lazımi araşdırmalra aparılmalıdır.

Qeyd edək ki, bu gün Ayasofya barədə yeni qərarın “Danıştay” məhkəməsi tərəfindən açıqlanması gözlənilir.

Mənbə: www.yeniavaz.com