“Azərbaycan Dəmir Yolları” QSC sərnişinlərə xəbərdarlıq edib

“Azərbaycan Dəmir Yolları” QSC sərnişinlərə xəbərdarlıq edib

“Azərbaycan Dəmir Yolları” QSC sərnişinlərin diqqətinə çatdırır ki, sabahdan tibbi maskadan istifadə etməyənlər Bakı Dəmir yol vağzalı, eləcə də digər stansiyaların ərazisinə və elektrik qatarlarına buraxılmayacaqlar.

Bizimyol.info xəbər verir ki, QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, sərnişinlərin bu qaydaya əməl edib-etməmələrinə nəzarəti Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin tabeliyində olan Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları yerinə yetirəcək.

Sərnişinlərimizdən özlərinin və başqalarının sağlamlıqlarına biganə yanaşmamaları, tibbi maskalardan istifadə etmələri xahiş olunur.

Mənbə: www.bizimyol.info