Paltarları daha uzunömürlü edəcək 6 üsul

Paltarları daha uzunömürlü edəcək 6 üsul

Pul qazanmaq çətin və əziyyətli olsa da, alış-veriş etmək və paltar almaq olduqca əyləncəlidir. Lakin bəzən alınan paltar bir müddət sonra rəngini və keyfiyyətini itirir. Yenisini almaq isə əlavə xərc deməkdir.

Bəs görəsən paltarlarımızın ömrünü necə uzada bilərik?

Lent.az geyimləri qorumaqla cibinizə qənaət etməyin 6 yolunu sizə təqdim edir.

1. Geyimlər uzun müddət istifadə edilmədikdə asılqanda qalır. Bu səbəbdən də asılqan alarkən keyfiyyətli olub olmamasına diqqət edilmədir. Yaxşı olardı ki, yüngül və yumşaq asılqanlara üstünlük verəsiniz.

2. Çox çirkli olan paltarlarla nisbətən təmiz olanların yan-yana yuyulması yanlışdır. Çünki hər iki vəziyyət üçün fərqli su miqdarına ehtiyac var. əgər bu qaydaya əməl edilməzsə, zaman keçdikcə paltar boz və sarı rəngə çalır, nəticədə əvvəlki rəngini itirmiş olur.

3. Geyimləri yuyan zaman suyun temperaturuna fikir verin. Yuyucu vasitələr isti və ilıq suda daha təsirlidir. Soyuq su isə az kirlənmiş paltarları yumaq üçün uyğundur.

4. Kirli paltarı çox saxlamaq üzərindəki bakteriyaların daha da artmasına səbəb olur. Xüsusən də bu idman paltarlarına daha çox aid edilir. Bu geyimləri dərhal yumağınız məsləhətdir.

5. İsti havalarda tər paltarda iz buraxır, xüsusən də qoltuq altı nahiyədə. Bu görüntü isə ətafa elə də ürək açan mənzərə sərgiləmir. Belə olan halda, pambıq tərkibli astarı geyimin qoltuq hissəsinə yapışdırıb həm gün boyu diskonfort hissindən həm də paltarın ləkələnməsindən azad ola bilərsiniz.

6. Paltarın ömrünü uzadacaq bir digər yöntəm isə onu tərsini çevirib yumaqdır. Növündən asılı olmayaraq bütün geyimlərin tərsini yumaq lazımdır.

Banu

Mənbə: lent.az