Ölkəmizdə korona statistikası ilə bağlı xoş xəbər

Ölkəmizdə korona statistikası ilə bağlı xoş xəbər

Yoluxma sayı ilə sağalma artıq eyniləşir.

Axar.az xəbər verir ki, bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın bugünkü brifinqində deyib:

"Biz müəyyən sabitləşməyə Nail ola bilmişik. Bu vətəndaşların qaydalara riayət etməsi nəticəsində baş verib. Biz bunu ictimai nəqliyyatda, marketlərdə də görürük. Biz qaydalara riayət edərək xəstəliyə qalib gələ bilərik"

Yaqut Qarayeva qeyd edib ki, xəstəliyin profilaktikası olmadığı üçün, mübarizə üsulu yalnızca karantin qaydalarıdır:

"Bu səbəblə rayonlara gediş-gəliş bərpa olunduğu zaman, virusun yayılması arta bilər. Bu virusun olmadığı rayonlarda yoluxma hallarına səbəb olacaq"

Mənbə: axar.az