Təcili yardımda gecikmələrlə üzləşməyəcəyik - Nazirlik rəsmisi

Təcili yardımda gecikmələrlə üzləşməyəcəyik - Nazirlik rəsmisi

Təcili yardım üzərinə düşən yükün azaldılması üçün COVID xəstələrinin evdə müşahidəsi və yüngül əlamətləri olan xəstələrin müalicəsinə başlanıb.

Axar.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov Operativ Qərargahın bugünkü brifinqində deyib:

"Şəhər poliklinikaları üzər 39 məntəqə yaradılıb ki, onlara müraciətlər 700-800 arasında dəyişir. Bu müraciətlər əvvəl təcili yardıma edilirdi. Xəstələrin poliklinkalara müraciət etməsi ilə, təcili yardımda gecikmələrlə üzləşməyəcəyik".

Hikmət Hacıyev əlavə edib ki, təcili yardımda müraciətlərə nəzarət var: "Müraciətlərin azalması onlara cavab intervalının qısaldılmasına səbəb olur.

Xüsusi karantin dövründə müəyyən nasazlıqların olması qaçılmazdır. Biz çalışırıq ki, ən kiçik nöqsanlar olduğu təqdirdə belə aradan qaldırılsın"

Mənbə: axar.az