Hikmət Hacıyev: “Avtobuslarda müəyyən sıxlıq var”

Hikmət Hacıyev: “Avtobuslarda müəyyən sıxlıq var”

“Metronun bağlanması yoluxmalarla bağlı olub”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev isə deyib ki, o özü də ictimai nəqliyyatdan iştirak edir: “Avtobuslarda müəyyən sıxlıq var, vizual müşahidələrdə də bu, onu göstərir. Ona görə də Bakı Nəqliyyat Agentliyi qarşısında tələb qoyulub ki, avtobusların, o cümlədən ekspress marşrutlardakı avtobusların sayı artırılsın. Avtobusların sayı təhlil edilir. Həmçinin, vətəndaşların sıxlığına yol verməmək üçün fərqli vaxtlar tətbiq olunub. Özəl sektora da bununla bağlı müraciət olunub”.

Mənbə: apa.az