Karantin qaydalarını pozub HƏRBİ çağırışçıları təhlükəyə atdılar - VİDEO

Karantin qaydalarını pozub HƏRBİ çağırışçıları təhlükəyə atdılar - VİDEO

Çağırışçılar hərbi komisarlıqdan hərbi hissəyə aparılan zaman karantin qaydaları pozuluraq əsgərlərimiz təhlükəyə atılır.
YPX.AZ xəbər verir ki, sözügedən hal Balakən rayon hərbi komisarlığında qeydə alınıb.
Belə ki, ölkə ərazisinda pandemiya təhlükəsi hökm sürür və bir sıra şəhər və rayonlarda sərt karantin rejimi elan olunub.
Buna baxmayaraq Balakən rayon hərbi komisarlığından hərbi hissəyə aparılan çağırışçıların daşınmasında karantin rejimi qaydalarına əməl olunmur. Çağırışçılar avtobuslarda sosial məsafə gözlənilmədən əyləşdirilir. Bu azmış kimi, avtobuslarda olan boş yerlərə stullar qoyulub və çağırışçılar belə təhlükəli şəraitdə daşınır.
Qısa müddət sonra əsgər olacaq çağırışçıları belə sıx formada daşımaq, virusun ölkədə canlar aldığı dövrdə onları açıqca təhlükə ilə üz-üzə qoymaqdır.
Bundan əlavə isə, baş verə biləcək ən kiçik qəza, hətta tormozlanma belə, gənclərin həyatı üçün təhlükə yaratmış olur.
Ümid edirik qısa zamanda məsələ aidiyyatı qurumlar tərəfindən araşdırılacaq və bu hal aradan qaldırılacaq. Azərbaycan Əsgərinə qarşı bu laqeyd yanaşmaya son qoyulacaq.

Mənbə: ypx.az