COVID-19 virusuna yoluxanların və ölənlərin sayı artmaqda davam edir - Qırğızıstanda

COVID-19 virusuna yoluxanların və ölənlərin sayı artmaqda davam edir - Qırğızıstanda

Son sutkada Qırğızıstanda COVID-19-a 511 nəfər yoluxub, 6 nəfər dünyasını dəyişib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hazırda ölkədə koronavirus xəstələrinin sayı 9358 nəfərdir. Onlardan 1450-si tibb işçisidir.

Koronavirusa yeni yoluxanlar arasında ölkənin Səhiyyə naziri Sabirjan Abdukarimov və müavini Nurbolat Usenbayev də var.

Sutka ərzində ölkədə 40 nəfər də pnevmoniyadan dünyasını dəyişib.

Milli.Az

Mənbə: news.milli.az