Türkiyədə koronavirusa yoluxma sayı 211 minə çatmaq üzrədir

Ankara, 10 iyul, AZƏRTAC

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılma riski qalmaqdadır. Çoxistiqamətli tədbirlərə baxmayaraq gündəlik yoluxma min nəfərdən artıqdır, ölüm və reanimasiyadakı xəstələrin sayında yüksəlmə müşahidə olunur.

AZƏRTAC xəbər verir ki, iyulun 10-da Türkiyə üzrə 48 min 787 nəfər testdən keçirilib. Onlardan 1003 nəfər xəstə çıxıb. Gün ərzində 23 nəfər ölüb, 1493 nəfər sağalıb. Beləliklə, məlum infeksiyadan ölənlərin sayı 5 min 323 nəfərə çatıb. İndiyədək ölkə üzrə 3 milyon 881 min 410 nəfər testdən keçirilib. Onlardan 210 min 965 nəfərdə infeksiya aşkarlanıb, 191 min 883 nəfər xəstəlikdən sağalıb. Hazırda 1182 nəfər reanimasiyada, 402 nəfər süni nəfər aparatına qoşulmuş haldadır. Hər iki halda artım müşahidə olunur.

Türkiyə hökumətini çox ciddi narahat edən məsələlərdən biri əsgər yolasalma mərasimləridir. Məlum olduğu kimi, bu mərasimlər qardaş ölkədə böyük təntənə ilə keçirilir. Koronavirusa yoluxma riskini azaltmaq üçün ölkənin 24 vilayətində əsgər yolasalma mərasimlərinin kütləvi iştirakla qeyd olunması qadağan edilib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

İspaniyanın xəbər portalı “Xınalıq” qoruğundan yazıb

SONRAKI XƏBƏR

"Microsoft" çoxdan gözlənilən funksiyanı test edir