Türkmənistanda maska taxmağı öyrədirlər...

Türkmənistanda maska taxmağı öyrədirlər...

Dünyanın ən qapalı ölkələrindən sayılan Türkmənistanda koronavirusun varlığını qəbul etmək istəmirlər.

Hökumət Dünya Səhiyyə Təşkilatına hesabatında ölkədə infeksiyanın olmadığını məlumat verir.

Bizimyol.info xəbər verir ki, alternativ media Türkmənistanda virusun olduğunu, bəzi xəstəxanaların pasiyentlər üçün boşaldılğını bildirir. Hətta yerli dövlət telekanalları maska taxmağı təbliğ etməyə başlayıb. Tamaşaçılara maskanı düzgün taxmağı öyrədirlər, amma xəbərin bir yerində də koronavirusun adını çəkmirlər.

“Vətən” xəbərlər proqramında bununla bağlı süjet təqdim olunub. Diktor ictimai nəqliyyatda maska taxmağın sağlamlıq üçün vacib olduğunu bildirib. Heç bir yerdə qeyd olunmur ki, sərnişinlər məhz nədən qorunmaq üçün maska taxmalıdır.

Maraqlıdır ki, “Vətən” proqramının başqa süjetində dövlət tədbiri göstərilir. Zalda xeyli insan əyləşib. Amma heç birinin maskası yoxdur.

Son günlər Türkmənistanda ictimai nəqliyyat sürücüləri, ərzaq mağazalarındakı satıcılar maska taxmağa başlayıb. Dövlət telekanallarından biri havada tozun həcminin artdığını məlumat verib. Böyük ehtimalla maska təbliğatını buna bağlamağa çalışırlar.

Mənbə: www.bizimyol.info