Ülviyyə Bahir: "Şair olub, olmamağına sən qərar vermirsən" - MÜSAHİBƏ

Buta.ws-in həyata keçirdiyi "İstedadlı incəsənət" rubrikasının növbəti qonağı Ülviyyə Bahir olub.

 

Ülviyyə Dərdayıl qızı İsmayılova:


Yazıları "Ulduz", "Yazıçı qadın", "Azərbaycan XXI-əsr", "Haqqın sədası", "Real Press", "Haqqın məhkəməsi" və s.qəzetlərdə çap olunub. Fars dilində Şəhriyarın qəzəllərini tərcümə edib. "Nurlu dünya", "Sükutumun səsi", " Etiraf", "Sabahıma Salam olsun" kitablarının müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Əvvəl "İti qələm", daha sonra Azərbaycan Kütləvi informasiya vasitələri işçiləri Həmkarlar İttifaqı Rəyasət heyətinin qərarı ilə yaradıcılıq uğurlarına görə, "Qızıl qələm" Media mükafatı laureatı diplomuna layiq görülmüşdür. 2019-cu ildə "Nəsimi poeziya" diplomu ilə təltif olunub.

 

- İnsan ən çox özü ilə vaxt keçirsə də, hərdən özünə suallar versə də, bir çox halda həmin suallara cavab tapmaqdan yayınır bəs siz necə bir şair olaraq bu haqqda nə dəyə bilərsiz?

 

- İnsan bəlkə də suallar dünyasında yaşayır. Hər anın doğurduğu bir sual var cavab verə bilmədiyimiz və cavabını bilmədiyimiz. İnsan suallar toplusunun məcmusudur.

 

- Şair olmaq çətindir?

 

- Əslində şair olub, olmamağına sən qərar vermirsən. Anadan şair doğulmaq taleyi yazılır sənə. O, ağırlığı çəkməyə gücün çatır.

 

- Ədəbiyyat iə məşğul olan insanlarda nəyi görmək istəməzdiz?

 

- Mənim üçün ədəbi aləm təmiz, saf aləmdir. Ədəbiyyatla məşğul olan insanda yalanı görmək istəməzdim. Çünki söz aləmi həqiqəti sevir.

 

- Ədəbiyyat və şeiriyyatın sizə qazandırdıqları?

 

- Mən sözə mücərrəd varlıq kimi baxıram. Sözü görürəm və onun sehrinə inaniram. Mən sözü tanıyanda özümü tanıdım. Şeiriyyat mənə ruhi dünyamı dinləməyi, onun söylədiklərini qələmə almağı öyrətdi.

 

Balacaxanın Hüseynova

Buta.ws

ƏVVƏLKİ XƏBƏR

Xəzrinin musiqisi, samovar çayı, tutlu plov: yaşlıya savab, cavana səhhət

SONRAKI XƏBƏR

Türkmənistanda maska taxmağı öyrədirlər...