Baş pediatr Sumqayıtda koronavirusa yoluxan uşaqların vəziyyətindən danışdı

Baş pediatr Sumqayıtda koronavirusa yoluxan uşaqların vəziyyətindən danışdı

Sumqayıtda koronavirusa yoluxanlar arasında uşaqlar da var.

Bu barədə Xeberle.com-a açıqlamsında Sumqayıt şəhərinin baş pediatrı Aynur Həsənova deyib. A. Həsənovanın sözlərinə görə, müalicə olunan uşaqların vəziyyəti stabildir. Uşaqlarda təsbit olunan koronavirus əksər hallarda simptomsuz gedişə malik olsa da, bəzi hallarda öskürək, yüksək hərarət, yuxarı tənəffüs yollarının iltihabı ilə yanaşı ishal da müşahidə olunur: "Bu da diaqnostikanı çətinləşdirir. Virusa yoluxan uşaqlar əsasən sahə həkimlərinin nəzarəti altında müalicələrini evdə davam etdirirlər. Covid 19-a yoluxma faktı uşaqlarda bütün yaş hədlərini əhatə edir. Virusdan qorunmaq üçün tibbi maska, əlcək taxmaq, sosial məsafə saxlamaq, əlləri tez-tez yumaq önəmlidir. Uşaqlar təzə meyvə-tərəvəzi çox qəbul etməlidir, orqanizmlərində vitamin balansı qorunmalıdır, mayeni çox qəbul etməlidirlər".

Xədicə Səxavətqızı

Mənbə: xeberle.com