Avropa Birliyində əhali sayı 447,7 milyona enib

Avropa Birliyində əhali sayı 447,7 milyona enib

Avropa Birliyinə (AB) üzv 27 ölkənin ümumi əhalisi 2020-ci ilə 447,7 milyon olub.

FED.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Eurostat) AB ölkələrinin 1 yanvar 2020-ci il tarixinə dair məlumatlarını yayımlayıb.

2019-cu ilin əvvəlində 513,5 milyon olan 28 AB üzv ölkəsinin ümumi əhalisi, İngiltərənin 2020-ci ildə çıxmasıyla azalıb və 27 ölkənin ümumi əhalisi 447,7 milyon olub.

Avropa İttifaqının ən çox əhalisi olan ölkəsi Almaniyadır - 83,2 milyon, sonrakı yerləri 67,1 milyon ilə Fransa, 60,2 milyon ilə İtaliya, 47,3 milyon ilə İspaniya və 38 milyon ilə Polşa tutur.

2019-cu ildə AB ölkələrində 4,2 milyon doğuş, 4,7 milyon ölüm və 900 min immiqrasiya var idi.

Göstərilən dövrdə Türkiyədəki ümumi əhali 83 milyon 155 min nəfər olub.

Mənbə: fed.az