Aya Sofyada ilk namaz üçün iclas keçiriləcək

Aya Sofyada ilk namaz üçün iclas keçiriləcək

Dövlət Şurasının qərarı ilə məscidə çevrilən Aya Sofya üçün hamının diqqəti keçiriləcək toplantıya çəkilib.

Sonxeber.az xəbər verir ki, toplantıda Türkiyə prezidenti Ərdoğanın heyəti ilk namaz üçün hesabat təqdim edəcək. Tarixi məkanın məscid kimi istifadə edilməsi üçün mozaika və freskalarda işığın əks olunması məsələsi gündəmdədir. Bildirilir ki namaz əsnasında mozaika və freskların pərdə ilə örtülməsi nəzərdə tutulur. Digər tərəfdən turistlər üçün də ayrıca bir dəhliz yaradılacağı da bildirilir.

Şəlalə Babayeva

Mənbə: sonxeber.az