“Məqsədyönlü tərif də, qərəzli tənqid də cəmiyyətdə ikrah hissi doğurur...”

“Məqsədyönlü tərif də, qərəzli tənqid də cəmiyyətdə ikrah hissi doğurur...”

“Bəzi deputatarımız elə danışırlar ki, məntiq yox, arqument yox, fakt yox... Sadəcə, məddahlıq...”

“Söz çox güclü bir şeydir, insana bilik verir, inam, iman verir. İnsanın bütün ovqatını dəyişir, ona ümid verir. Seyran Səxavət Musa Yaqubun 80 illiyində çox yaxşı bir söz dedi: “Bütün yazıçılar, sənət adamları sözün belindən gəlib... Buna əlavə olaraq deyərdim ki, ümumiyyətlə, bütün insanlar sözün belindən gəlib. Gərək sözün belindən halal gələsən, haram, bicbala doğulmayasan...”

“Xalq İsfəndiyar Vahabzadə ilə Ramiz Yunusun deyişməsindən nə fayda götürəcək?..”

DIN Şəxsi Heyətlə İş İdarəsinin sabiq rəisi, polis polkovniki Mehman Mehmanov son dövrlər karantin şəraitində iqtidar-müxalifət, polis-xalq münasibətlərindən bəhs edən “Ya sus, ya da susmaqdan qiymətli bir söz danış...” başlıqlı yeni məqaləsini Moderator.az-a təqdim edib. Yaxın müddətdə həmin yazını bütövlükdə saytımızda oxuya bilərsiniz...

Mənbə: moderator.az