Astarada Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 51-ci ildönümünə həsr olunan videokonfrans keçirilib

Astarada Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 51-ci ildönümünə həsr olunan videokonfrans keçirilib

 

Astara Rayon Heydər Əliyev Mərkəzinin, Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycana ilk dəfə rəhbər təyin olunmasının 51-ci ildönümünə həsr olunmuş “Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişi hər bir azərbaycanlı üçün qürur tarixidir” mövzusunda videokonfrans keçirilib.

AZƏRTAC-ıın bölgə müxbiri xəbər verir ki, onlayn tədbirdə Ümummilli Liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Sonra Ulu Öndərin zəngin və mənalı ömür yoluna həsr olunmuş sənədli film nümayiş olunub.

Videokonfransda Heydər Əliyev Mərkəzinin bələdçisi Cəmalə Məmmədovanın mövzu ilə bağlı məruzəsi dinlənilib.

Qeyd olunub ki, Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü ümummili lider Heydər Əliyevin adı və möhtəşəm fəaliyyəti ilə bilavasitə bağlıdır. Ulu Öndərin Azərbaycana rəhbərliyi dövründə ölkəmiz əsrlərə bərabər inkşaf yolu keçib.

Diqqətə çatdırılıb ki, Ümummilli Liderin müstəqilliyin möhkəmlənməsinə yönələn siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Son illərdə sosial-iqtisadi, eləcə də humanitar sahələrdə əldə edilmiş nailiyyətlər Azərbaycanın müstəqil dövlət kimi gücünü daha da artırıb.

Videokonfransda çıxış edənlər dünyaşöhrətli dahi şəxsiyyət Heydər Əliyevin Vətən və xalq qarşısında əvəzolunmaz xidmətlərindən bəhs ediblər.

Mənbə: azertag.az