Uşaqlarda yaranan ağız yaralarının səbəbləri

Uşaqlarda yaranan ağız yaralarının səbəbləri

Böyüklərdə olduğu kimi uşaqlarda da ağızda-dil üzərində, damaqda yaralar yaranır. Ümumi olaraq stomatit adlandırılan bu problemin tez-tez təkrarlandığı hallar da var. Çoxları bunu qrip, adi soyuqdəymə ilə əlaqələndirir.

Peditar, uzman həkim Ülvi Əliyev uşaqlarda yaranan ağız yaraları haqda fikirlərini açıqlayıb.

Milli.Az e-tibb.az-a istinadən həkimin açıqlamasını təqdim edir:

Yəqin kı,heç olmasa bir dəfə uşağınızın ağzında və dilində yara çıxıb. Özünüzdə də həmçinin. Çox ağrılı olur. Səbəbi nədir?
Yunanlar buna aphthi (yandıran) deyirdilər, indi adı aftoz stomatit adlandırılır.
Yerli travma, allergiya, genetik meyl, virus və bakteriyalar, immunitet sistemi xəstəlikləri, endokrin və qidalanma pozğunluqları, dərmanlar, qanyaradıcı sistem patologiyaları, həzm sisteminin iltihabi xəstəlikləri, qızdırma sindromları, vitamin çatışmazlıqları bunlara şərait yarada bilər.
Uşaqlıq dövründə PFAPA, Kron, Behcet, B12, C vitamin azlığı, çölyak xəstəliklərində çox görülür. Bəzi diş pastalarının tərkibindəki SLS (lauril sulfat) da bu yaralara səbəb ola bilər.
Maraqlı haldır ki, siqaret çəkənlərdə buna az rast gəlinir.
Kiçik, böyük və herpetik formaları var. Tez-tez təkrarlaması bu yaraların səbəbinin diqqətli araşdırmasını tələb edir. Müalicə yerli və ümumi vasitələrlə aparılır.

Milli.Az

Mənbə: news.milli.az