“Azik, bizim Naza internetdən 100 dollara ayaqqabı sifarış edib, mən də istəyirəm e"

“Azik, bizim Naza internetdən 100 dollara ayaqqabı sifarış edib, mən də istəyirəm e"

“Oğlumla bulvarda gəzirdik, yorulduq, skamyaların birində oturduq, bizdən 3-4 metr aralı cavan oğlanla xanım əyləşmişdi. Qaqaş çox emosional şəkildə, bir az da uca səslə deyirdi ki, işlətdiyi kafe 4 aydır bağlıdır, obyekt sahibi də əl çəkmir, icarə pulu istəyir, 10 nəfər yanında çalışan işsiz-pulsuz qalıb, kreditini də ödəyə bilmir, bank beynini xarab edir - xanım sakitcə qulaq asırdı...”

Pravda.az-ın xəbərinə görə, bunu iqtisadçı Natiq Cəfərli deyib.

“O, sözünü bitirəndə sükut çökdü, birdən xanım, "Azik, bizim Naza internetdən 100 dollara ayaqqabı sifarış edib, mən də istəyirəm e", dedi. O, dinmədi, siqaret yandırdı, sonra da qayıtdı ki,, "dur gedək, hava soyudu, xəstələnərsən". Əziz xanımlar, vəziyyət qəlizdi, işlər durub, qazanc yox, gəlir yox, hökumətin də kiçik-orta biznes vecinə deyil, öz bəylərinizin üzərinə çox getməyin, onları qoruyun, yazıqdılar, virus bitməmiş dərddən qocalacaqlar...” – N.Cəfərli qeyd edib.

Mənbə: pravda.az