Bakının bu qəsəbələri işıqsız qaldı

Bakının bu qəsəbələri işıqsız qaldı

Bakının Binəqədi rayonunun 28 May qəsəbəsində, eləcə də Qaradağ rayonunun Müşfiqabad qəsəbəsinin bir hissəsində elektrik enerjisinin təminatında problem yaranıb.

Axar.az xəbər verir ki, qəsəbə sakinlərinin məlumatına əsasən, sözügedən ərazilərdə artıq 4 saata yaxındır elektrik enerjisi verilmir.

Problemin isə hansı səbəbdən qaynaqlandığı barədə məlumat yoxdur.

Mənbə: axar.az