Koronavirusla mübarizəmiz davam edir - Qaydalara əməl edilərsə, yoluxma azalacaq

Koronavirusla mübarizəmiz davam edir - Qaydalara əməl edilərsə, yoluxma azalacaq

Hər birimizdən 3 sadə şərti yerinə yetirmək tələb olunur. Maska taxmalı, məsafə saxlamalı və gigiyena qaydalarına riayət etməliyik. Bu halda virusa yoluxma sayını azalda bilərik

Ölkədə koronavirusa yoluxanların sayı ilə bu virusdan sağalanların sayı arasındakı kəskin fərq getdikcə azalır. Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin şöbə müdiri Yaqut Qarayeva bildirib ki, artıq vətəndaşların qaydalara əməl etməsi ilə stabiləşməyə nail olunub. İnsanlar artıq daha məsuliyyətli şəkildə virusla mübarizə üsullarını həyat tərzinə çevirməyi bacarıb.

Yaqut Qarayeva - TƏBİB–in şöbə müdiri

Biz bunu marketlərdə də görürük.İctimai nəqliyyatda da hiss edirik.Və insanlar arasında xəstəliyik belə deyək ağırlaşmalarına, xəstəliyin ağırlıq dərəcəsinə inanan vətəndaşlarımız da daha çoxdur.Bunun nəticəsində biz bu xəstəliyə qaydalara riayət edərək qalib gələ bilərik. Nə qədər həkimlər çalışsa da nə qədər qayda qanun qoyulsa da əgər biz əlbir olmsaq bir yerdə xəstəliyə qaşı mübarizə etməsək biz xəstəliyə qalib gələ bilmərik.

Həkimlər isə bildirir ki, məsuliyyətsizlik halları olmasa, qaydalara nə qədər ciddi riayət etsək, bu xəstəlik də tezliklə aradan qalxar və normal həyatımıza qayıda bilərik.

Cavanşir Məhərrəmov – həkim

Bizi üzən nədi.O virusun daha təhlükəli, hal alması insanlarda fəsadların yaranmasıdır.Biz onu bu günkü gün tətbiq olunan karantin qaydalarından şəxs olaraq, fərd olaraq və toplum olaraq riayət etməkdən yoluxmanın sayında azalma və sağalmada irəlləyiş əldə edəcəyik.

Mütəxəsislər bildirir ki, sərt karantin rejiminin tətbiqi və maarifləndirmə işinin gücləndirilməsi hesabına virusun yoluxma sürətini azalda bilərik. Bunun üçün tələb olunan qaydalara məsuliyyətlə yanaşmalı, sağlam gələcək üçün öncə özümü, sonra ətrafımızı qorumalıyıq.

atv.az

Mənbə: www.atv.az