Dünyanın ən pis işini asiyalılar görürlər

Dünyanın ən pis işini asiyalılar görürlər

Banqladeşin Ali Məhkəməsi ölkədəki çaylara insanlarla bərabər hüquq tanıyıb: su arteriyalarına zərər yetirən insanlar məhkəmə qarşısında sanki canlı varlığa zərər yetirmiş müttəhim kimi cavab verməlidirlər

 Banqladeşdəki Dəkkə şəhərində yaşayanlar, Britaniyanın Daily Mail tabloidinin fikrincə, dünyanın ən pis işi ilə məşğuldurlar.

Sputnik Azərbaycan bildirir ki, nəşrin dərc etdiyi fotolarda boğazacan suyun içində dayanıb çayı zibildən təmizləyən insanlar əks olunublar. İnsanlardan biri çənəsinədək çatan zibilin içində olmasına rəğmən gülümsəyir. O, başına plastik paket keçirib.

​Cənubi Asiya ölkəsi olan Banqladeşdə çaylar və kanallar illərlə zibillə doldurulur və müntəzəm olaraq dünyanın ən çirkli su hövzələrinin siyahısına daxil edilir. Dəkkə şəhərinin 50 hissəsindən çaya zibil, eləcə də sənaye tullantıları atılır. Hökumətin verdiyi məlumata görə, ötən il zibil təmizləyənlər hər gün çaydan 200 ton müxtəlif mənşəli zibil çıxarıblar.

Vox nəşrinin məlumatına görə, ötən ilin avqustunda Banqladeşin Ali Məhkəməsi ölkədəki çaylara insanlarla bərabər hüquq tanıyıb: su arteriyalarına zərər yetirən insanlar məhkəmə qarşısında sanki canlı varlığa zərər yetirmiş müttəhim kimi cavab verməlidirlər.

Mənbə: sputnik.az