"Abituriyentlər üçün dərs vaxtı"nın sabaha olan cədvəli açıqlanıb

"Abituriyentlər üçün dərs vaxtı"nın sabaha olan cədvəli açıqlanıb

Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Mədəniyyət" və "ARB Günəş" kanallarında yayımlanan "Abituriyentlər üçün dərs vaxtı"nın iyulun 13-nə olan cədvəli açıqlanıb.

Nazirlikdən APA-ya verilən məlumata görə, Azərbaycan bölməsi üçün sabah saat 10:00-da - Azərbaycan dili, 10:35-də Ədəbiyyat, 11:30-da İngilis dili, 12:10-da Riyaziyyat və 13:25-də Futzal məşğələsi olacaq.

Rus bölməsi üçün sabah saat 14:00-da Rus dili; 14:40-da Ədəbiyyat; 15:30-da Riyaziyyat dərsləri olacaq.

Mənbə: apa.az