Meksikada koronavirusa yoluxanların ümumi sayı 295,2 mini ötdü

Son sutka Meksikada koronavirusa 6 094 yoluxma aşkarlanıb...

Musavat.com xəbər verir ki, ölkədə bununla da koronavirusa yoluxanların ümumi sayı 295 268 nəfərə yüksəlib.

Meksikada pandemiya qurbanlarının sayı artaraq 34 370 nəfərə çatıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

pia.az

Pia.az

ƏVVƏLKİ XƏBƏR

"Qalatasaray" dünya ulduzunu transfer edir

SONRAKI XƏBƏR

Donald Tramp ilk dəfə maska taxdı – VİDEO