Rusiyadan paytaxtda 50 tibb işçisi gəldi

Rusiyadan paytaxtda 50 tibb işçisi gəldi

Qırğızıstanda koronavirusla mübarizə davam edir.

Cebhe. info xəbər verir ki, Rusiyada çalışan 50 qırğız tibb işçisi həmkarlarına kömək üçün Bişkekə yollanıb. Həkim və digər kiçik tibb personalından ibarət heyət Qırğızıstan klinikalarında 1 ay təmənnasız işləyəcək.

Onların yemək və yaşamaq xərcləri sponsor təşkilat tərəfindən qarşılanacaq. Tibb işçiləri ilə yanaşı xüsusi reyslə 350 Qırğızıstan vətəndaşı da ölkəyə qayıdıb. Qeyd edək ki, iyun ayında 26 tibbi işçisi könüllü olaraq ölkəyə qayıdıb.
Aydın
Cebhe. info

Mənbə: cebhe.info