Bakıda Qarabağ yürüşü keçirildi — İcra başçısı aksiyaçıların qarşısına çıxdı (FOTOLAR)

Bakıda Qarabağ yürüşü keçirildi — İcra başçısı aksiyaçıların qarşısına çıxdı (FOTOLAR)

Bu gün gecə saatlarında Bakının Qaradağ rayonunda cəbhə bölgəsində vəziyyətin gərginləşməsi ilə bağlı aksiya keçirilib. 
Demokrat.az xəbər verir ki, aksiyada “Qarabağ” şüarları səsləndirilib və yürüş keçirilib.
Polis yürüşün qarşısını alıb, bundan sonra isə Qaradağın icra başçısı Süleyman Mikayılov aksiyaçıların qarşısına çıxıb, onları dağılışmağa çağırıb. 
“Sizi başa düşürəm, çətindir, amma Ali Baş Komandanın əmrini gözləməliyik”, - icra başçısı aksiyaçılara müraciətlə bildirib.
S.Mikayılov polisə aksiyaçıları saxlamamaq göstərişini verərək ərazini tərk edib.
Bundan sonra aksiyaçılar ərazini tərk etməyə başlayıblar. Polis dağılışmaq tələbinə əməl etməyən bəzi aksiyaçıları saxlayıb.(Azpolitika.info)

Mənbə: demokrat.az