Düşmən mövqelərimizi minaatanlardan atəşə tutur - RƏSMİ

Düşmən mövqelərimizi minaatanlardan atəşə tutur - RƏSMİ

 

Xəbər verdiyimiz kimi, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Nəticədə düşmən çoxsaylı itkilər verərək geri çəkilib. Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən Ordu.az-a bildiriblər ki, qısa müddət ərazində bölgədə nisbi sakitlik müşahidə olunsa da, hazırda düşmən mövqelərimizi minaatanlardan atəşə tutmağa başlayıb.

Azərbaycan ordusunun bölmələri düşmənə ciddi, sarsıdıcı zərbələr endirməyə davam edir.

Ordu.az

 

Mənbə: ordu.az