Bu dərman üçün gecə apteklərdə növbə yarandı - Qardaş ölkədə

Bu dərman üçün gecə apteklərdə növbə yarandı - Qardaş ölkədə

Qırğızıstanın paytaxtı Bişkekdəki apteklərdə heparin (qan laxtalanmasının qarşısını alan dərman) üçün növbələr yaranıb.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, şəhərdə heparin çatışmazlığı insanlar arasında ajiotaj yaradıb. Nəticədə şəhər sakinləri apteklərə axışıb.

Dərmanı ala bilmək üçün bir çox insanın aptekə axın etməsi uzun növbələr yaradıb ki, bu da ciddi narahatlığa səbəb olub.

Mənbə: konkret.az