Koronavirus epidemiyasının səbəbi nədir? Professordan qeyri-adi izah

Koronavirus epidemiyasının səbəbi nədir? Professordan qeyri-adi izah

 

Koronavirus epidemiyasının əvvəlindən indiyə kimi insanları ən çox narahat edən sual "koronavirus təbiidir, yoxsa bu bioloji silahdır?”. Alimlər müxtəlif fikirlər söyləyir.
Onlardan bəziləri bu virusu süni, laboratoriyada hazırlanmış, əksəriyyəti əksinə koronavirusu təbii, insanlarla yüz və min illər ərzində yan yanı yaşayan virus hesab edirlər. Əgər bu belədirsə, bəs indiki alovlanmanın, epidemiyanın səbəbi nədədir?
Tanınmış rusiyalı alim, professor İqor Qundarov business-gazeta.ru-ya müsahibədə bu haqda çox maraqlı fikir irəli sürüb.
Alim koronavirus epidemiyasının səbəbini müasir tibbin qrippə qarşı mübarizədə görür.
"Var makrodünya (insanlar), var mikrodünya (bakteriyalar, viruslar, kokklar, koronaviruslar və s.). Mikroblar biri biri ilə müxtəlif münasibətlərdə olur – bəziləri ilə dostluq edir, digərləri ilə mübarizə aparır. Belə ki, qripp virusu və koronavirus "düşmən”dirlər və qripp koronavirusdan daha güclüdür. Qripp virusu çox olan yerlərdə, koronavirus azdır.
Tibb 1996-cı ildən başlayaraq qrippə qarşı genişmiqyaslı peyvəndləşmə keçirməyə başlayıb. Hər il dünyada milyonlarla insan qrippə qarşı peyvənd olunur. Nəticədə insanlar qripp virusuna qalib gəldilər. Qripp demək olar yox olub. Lakin təbiət boşluq sevmir. Boşalmış yeri koronavirus tutmağa başlayıb.
Əvvəl SARS, MERS virusları (onlar da koronaviruslara aiddir – red.). Onların ölüm göstəriciləri 30–50% idi. İndi isə SARS-CoV-2. Xoşbəxtlikdən bu virusun letallıq faizi 2-3%-dir.
Bundan belə nəticə çıxartmaq olar ki, koronavirus hər zaman bizim ətrafımızda olub və olacaq.
Biz indi hamımız koronavirusa yoluxmuşuq, daha doğrusu sağlam virus daşıyıcılarıyıq və biz bu virusla birlikdə uzun illər yaşamalıyıq.
İndi ikinci sual – niyə bəziləri xəstələnir, bəziləri isə yox? Bu immunitetdən asılıdır. İmmunitet isə öz növbəsində psixikadan asılıdır. Qorxu, panika, narahatlıq, çarəsizlik vəziyyətində immunitet sıfırlanır. Bu bir növ psixoqen QİÇS-dir (qazanılmış immun çatışmazlığı sindromu – red.)”.

Mənbə: aztehsil.com