Ustalardan ŞOK əməl - Təmir etdikləri avtomobilin katalizatorunu oğurladılar - FOTO

Ustalardan ŞOK əməl - Təmir etdikləri avtomobilin katalizatorunu oğurladılar    - FOTO

Sürücü Niyaz Məmmədov bir neçə gün əvvəl Avtosfer.az-a müraciət edərək ustalar tərəfindən başına gətirilən əhvalatı danışdı. Bildirdi ki, şəkildə gördüyünüz şəxslər Saray qəsəbəsində, "Saray postu"ndan dönəndən sonra 150-200 metr qabaqda yerləşən servisdə "usta" işləyirlər: "Biri güya "molyar" S, o birisi dəmirçi E-dir. İyunun 4-də avtomobilimi boyamaq ücün onlara vermişdim, 10 günə təhvil verilməsinə söz vermişdilər və güya karantinə görə işləyə bilmirdilər. Sözün qısası, 01.07.2020-ci il tarixində birtəhər avtomobili geri götürdüm və işdən gec gəldiyimə görə gecə götürə bildim. Avtomobilin "pribor"unda ekranı yanmırdı və avtomobilin səsi fərqli idi. Soruşanda dedilər ki, mühərriki yudurmuşuq, bəlkə ondandı. Gec olduğuna görə avtomobili götürüb evə getdim. Ertəsi gün diaqnostika etdirəndə mühərrikdə səhvlər olduğu aşkar edildi və ən əsası, katalizator səhvi idi. Ancaq "Check Engine" yanmırdı, "pribor" açılanda aşkar edildi ki, "pribor"da "Check Engine" işığının öz yollarını pozub qidanı yağ işığından götüblər. "Pribor" lentinin qopuq olduğu da üzə çıxdı. "Pribor"un yenisini tapmadığıma görə 70 manata təmir etdirdim. Ertəsi gün isə katalizator ustasının yanına getdim və katalizatorun cıxarıldığını aşkar etdik".

 

Niyaz Məmmədov bildirir ki, onlar bir müddət telefonlara cavab verməyiblər, iş yerlərinə getdikdə isə tapa bilməyib. "Kimsə bunlara iş gördürübsə mütləq katalizatoru yoxlasın".

 

Biz Avtosfer.az saytı olaraq həmin gün vətəndaşa məsləhət gördük ki, bununla bağlı dərhal polisə müraciət etmək lazımdır. Dünən N.Məmmədov yenidən bizə müraciət etdi və bildirdi ki, artıq məsələ hüquqi yolla həllini tapıb. Lakin bütün sürücüləri belə ustalardan qorumaq üçün məsələni ictimailəşdirməyin vacib olduğunu bildirdi:

 

"Polisə şikayət etdim, məsələ araşdırıldı. Qeyd edə bilərsiniz ki, usta yanına gedəndə ehtiyyatlı olsunlar, hər kəsin başına gələ bilər. Həmçinin bu işin tez bir vaxtda həll edilməsinə görə Abşeronda polis müstəntiqi kapitan Mamed mənə cox kömək oldu. Bu gün mənə dəymiş ziyan pul şəklində alınaraq verildi.

 

Sizə də minnətdaram ki, mənə məsləhət verdiniz və mənəvi dayaq oldunuz".

 

Avtosfer.az olaraq avtomobili olan hər kəsə belə məsələlərdə diqqətli olmağı tövsiyyə edirik. Tanımadığınız ustaların yanında avtomobili qoyub gedərkən bəzi məsələlərə diqqət etmək lazımdır.

 

1 - Avtomobili etibarlı servislərdə təmir etdirin.

2 - Tanımadığınız ustalara maşını uzun müddətə etibar etməyin.

3 - Təminatlı servislərdə maşını qoyarkən akt bağlatdırın. Maşını necə təhvil vermisinizsə geri alanda da eyni qaydada yoxlatdırıb alın.

4 - Bəzi detalların yerində olduğuna diqqət edin. Onlardan birincisi katalizatordur. Digər hallarda isə faralara, amartizatorlara, təkərlərə və detalları nəzərdən qaçırmaq olmaz.

5 - Ustalar tərəfindən aldadıldıqda və zərər çəkdikdə dərhal polisə müraciət edin!

Mənbə: buta.ws