Xatun da atışmada danışdı

Xatun da atışmada danışdı

Müğənni Xatun Əliyeva cəbhədə baş verən atışmadan danışıb. SİA-nın məlumatına görə, sənətçi sosial media hesabında bu gün olanları belə şərh edib: "Bu çətin dönəmdə Vətən yolunda 3 hərbiçimizi şəhid verdik. Allahdan şəhidimizə rəhmət, ailəsinə səbr diləyirəm".

Qeyd edək ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Nəticədə 3 hərbiçimiz şəhid olub.

Mənbə: sia.az