Qazaxıstan prezidenti iki həkimə ölümündən sonra dövlət mükafatı verdi

Qazaxıstan prezidenti iki həkimə ölümündən sonra dövlət mükafatı verdi

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev vəfat edən iki həkimin təltif edilməsi haqqında sərəncam imzalayıb.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu haqda məlumatı Prezidentin “Akorda” rəsmi saytı yayıb.

Sərəncama əsasən Qazaxıstan Respublikası qarşısında etdikləri xidmətlərinə və vəzifələrini yerinə yetirərkən göstərdikləri fədakarlıqlarına görə Oleq Nikolayeviç İsaev (Akmola vilayətinin Səhiyyə İdarəsi nəzdindəki Kokşetau şəhər çoxprofilli xəstəxanasının şöbə müdiri) və Kozbaqarov Kalixan Esbosınoviç (Aktobe vilayətində Kliniki Yoluxucu Xəstəliklər Xəstəxanasının baş həkimi) “Qızıl Ulduz” fərqlənmə nişanı və “Otan” ordeni ilə təltif edilib.

 

Mənbə: konkret.az