Avropada ilk: Rusiyalı turistlər üçün sərhəd açıldı

Avropada ilk: Rusiyalı turistlər üçün sərhəd açıldı

Avropa Birliyinə daxil olan ölkələrdən biri - Macarıstan sərhədlərini rusiyalı turistlər üçün açmaq qərarına gəlib.

Cebhe.info xarici KİV-ə istinadən bildirir ki, bu, AB-yə daxil olan ölkələr arasında ilkdir.

Rusiyalılar koronavirusla bağlı neqativ test cavabı ilə Macarıstana gedə biləcəklər.

Yeni qərarın icrasına 15 iyuldan başlanacaq. Bununla belə Macarıstan tərəfi koronavirusa yoluxduğuna dair şübhəli olan şəxsin ölkəyə girişinə icazə verməmək haqqını özündə saxlayır.

Xəzər
Cebhe.info

Mənbə: cebhe.info