Qazaxıstanda bir gündə 1,6 mindən çox yeni yoluxma aşkarlanıb

Qazaxıstanda bir gündə 1,6 mindən çox yeni yoluxma aşkarlanıb

Qazaxıstanda son sutka ərzində 1 646 yeni koronavirusa yoluxma halı qeydə alınıb. Bununla da ölkədə ümumi yoluxma sayı 59 899-a çatıb.
“RİA Novosti”xəbər verir ki, bu barədə ölkənin qurumlararası komissiyası məlumat verib.
Qeyd edək ki, daha əvvəl Səhiyyə Nazirliyi iyulun 12-dək ölkədə koronavirusdan 375 ölüm hadisəsinin qeydə alındığını bildirmişdi. Buna rəğmən 33,8 mindən çox xəstə isə sağalıb.

Mənbə: gundeminfo.az