Şəhid Elşad Məmmədovun övladı ilə FOTOSU

Şəhid Elşad Məmmədovun övladı ilə FOTOSU

 


Bütün yüksəkliklərdən ucada dayanan bir zirvə var: Şəhidlik zirvəsi. Torpaqlarımızın qorunması, Vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq isə ən böyük şərəf və qürurdur.

Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərimizin ömür yolu gənclərimizə örnəkdir. Hər bir Azərbaycan vətəndaşı öz Milli Qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir.

Dünən düşmən təxribatı nəticəsində şəhid olan baş əsgərimizdən biri Məmmədov Elşad Dönməz oğludur.

BiG.AZ xəbər verir ki, evin tək oğlu olan Elşad ailəli olub. Sosial şəbəkələrdə şəhidimizin övladı ilə fotosu yayılıb. Onun fotosu izləyicilər tərəfindən marağa səbəb olub. Hər kəs şəhidə rəhmət, ailəsinə səbr diləyib.

Sözügedən fotonu təqdim edirik:



Samirə Qasımova
 

 

Mənbə: big.az