Azərbaycanın dünyada nüfuzunun artması Ermənistanda qısqanclıq yaradır

Azərbaycanın dünyada nüfuzunun artması Ermənistanda qısqanclıq yaradır

Koronavirus pandemiyasının tüğyan etdiyi bu çətin dövrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının təşəbbüsü ilə BMT Baş Assambleyasının videokonfrans formatında xüsusi sessiyasının çağrılması barədə qərarının qəbul edilməsi ölkəmizin, onun Prezidentinin dünya birliyində hörmət və nüfuzunun bariz nümunəsidir. Dünyanın 130-dək dövlətinin yüksək səviyyədə Prezident İlham Əliyevin təşəbbüsünü dəstəkləməsi isə beynəlxalq birliyin Azərbaycana, onun rəhbərinə olan böyük hörmət və inam göstərməsindən irəli gəlir.

Ölkə Prezidentinin təşəbbüsü Azərbaycan dövlətinin ev sahibliyi etdiyi böyük bir təşkilatda qazandığı növbəti uğur oldu. Həmçinin bu siyasi addım Azərbaycan Prezidentinin yüksək liderlik qabiliyyətinə malik olmasını bir daha nümayiş etdirdi.

Dünyanı cənginə alan COVID-19 bəlasından çıxış yollarını müzakirə etməkdə və həll yollarının tapılmasında öz töhfəsini verən dövlət kimi Azərbaycan tarixdə bu mövzuda ilkə imza atdı.

Bəşəriyyətin COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, dünya dövlətlərinin Azərbaycanın haqlı çagrışını dəstəklədiyi halda Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT qarşısında və dünya dövlətləri arasında özünü növbəti dəfə rüsvay etdi. Bütün dünya bir daha Ermənistanın əsl simasını gördü və Ermənistanın irticaçı rejiminin mahiyyətinin şahidi oldu. Dünyada sülhün əminamanlıgın bərqərar olması üçün mövcud imkanlarını səfərbər edən Azərbaycandan fərqli olaraq işğalçı Ermənistan iyulun 12-də növbəti xain xislətini həyəta keçirməyə cəhd edərək,Tovuz rayonu istiqamətindən Azərbaycan silahlı qüvvələrinin mövqelərini atəşə tutub.Azərbaycan silahlı qüvvələrinin əks-həmlə tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısı alınıb.Riyakar düşmən layiqli cavabını alıb.

Əslində Ermənistanın bu təxribatı ölkəsindəki mövcud siyasi böhrandan diqqəti yayındırmağa hesablanıb. Bü cür sərsəm addımlar Ermənistanın irticaçı rejiminin yeni təxəyyülü və şovinist addımı deyil. Ermənistanda dözülməz siyasi-iqtisadı böhrandan çıxış yolunu Azərbaycanla təmas xəttində təxribat edib əhalisinin diqqətini ölkəsindəki böhrandan yayındırmaq ideyasıdır. Ancaq təkrar çalınmış bu hava ilə nə erməni xalqını, nə də dünya ictimaiyyətini aldatmaq mümkündür. Son hadisələr bir daha isbat etdi ki.Ermənistan hakimiyyəti işğalçı siyasətini pərdələyə bilmir. Artıq beynəlxalq aləmdə çirkin niyyətləri və əməlləri ilə özünü rüsvay edib.

Azərbaycanın COVİD-19 –a qarşı mübarizədə birgə həmrəylik sağrısının Beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanmasını Ermənistan və onun himayadarları həzm edə bilmir, çıxış yolunu təmas xəttində təxribatda gördülər. Bu zaman Azərbaycan prezidentinin və xalqının iradəsi ilə üzləşir, Azərbaycan Silahlı Qüvvələrindən layiqli cavablarını alırlar.

Son günlər baş verən hadisələr bir daha göstərdi ki, Azərbaycan dünyanı sülhə, COVİD-19-a qarşı birgə mübarizəyə səslədiyi halda, irticaçı Ermənistan isə iğtişaşa, münaqişəyə sürükləyir.

Bu çətin günlərdə bütün Azərbaycan xalqı öz dövlətinin yanındadır, Ali Baş komandanın bütün əmrlərinə müntəzirdir.

İlqar İlyasov,

Yeni Azərbaycan Partiyasının Laçın rayon Təşkilatının sədri

Mənbə: sia.az