Koronavirusa yoluxma riski olmayan iki qrup: Onlar kimdir?

Koronavirusa yoluxma riski olmayan iki qrup: Onlar kimdir?

Rusiyalı mütəxəssis COVID-19-a yoluxmamağın müxtəlif yollarından danışıb.

Cebhe.info xəbər verir ki, rusiyalı immunoloq Nikolay Kryukov yoluxma riskinin minimum, hətta 0 səviyyəsində olan insanların olduğunu deyib.

Onun sözlərinə görə, bunlar ilk növbədə güclü immunitetə malik olan insanlardır. Onların koronavirusa yoluxma riski demək olar ki, yoxdur: "Belə orqanizm COVID-19-la qarşılaşanda, infeksiyanın orqanizmə düşməsinin qarşısı elə nəfəs yollarında ikən alınır".

Virusa yoluxma riski az olan ikinci qrup isə artıq yoluxmuş şəxslərdir. Onlar sağaldıqdan sonra orqanizmdə antitel yarandığından ikinci dəfə daha ağır formada virusa yoluxma riski minimuma enir.

Xəzər
Cebhe.info

Mənbə: cebhe.info