Ermənistan yaralıların sayını açıqladı, ancaq...

Ermənistan yaralıların sayını açıqladı, ancaq...

Ermənistan dünəndən bu yana Azərbaycana qarşı təxribatına cavab olaraq aldığı zərbələrdən sonra ilk dəfə olaraq yaralılarının sayını rəsmən açıqlayıb.

Axar.az xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyinin Mətbuat katibi Şuşan Stepanyan yayıb.

O, iki nəfərin yaralandığını bildirib.

Stepanyan yaralıların sərhəddə xidmət aparan polis əməkdaşları olduğunu deyib.

Qeyd edək ki, Ermənistan dünəndən bu yana itkilərinin sayını rəsmi olaraq açıqlamır. Paşinyan hakimiyyətə gəldikdən sonra Ermənistanın çevik polis dəstələrinin döyüş yerlərində hərbçi kimi ayda bir dəfə xidmət keçməsi rəsmiləşdirilib. Bununla İrəvan döyüş bölgəsində yaranan əsgər defisitini qapatmağa çalışır.

Mənbə: axar.az