Türkiyədə daha bir bələdiyyə sədri həbs olundu

Türkiyədə daha bir bələdiyyə sədri həbs olundu

Türkiyənin Diyadin bələdiyyəsinin HDP-li sədri Betül Yaşar saxlanılıb.

Cebhe.info xəbər verir ki, bu gün səhər saatlarında Diyadin bələdiyyəsinin sədri Betül Yaşar, o cümlədən sabiq bələdiyyə işçiləri Mustafa Alpaslan, Mesut Arslan və Zeynel Abidin Bozkurt tutulub.

Məlumata görə, tutulanlar terror təşkilatı ilə əlaqədə ittiham olunurlar.

Polis Betül Yaşarın evində və iş yerində axtarış aparıb. Hazırda o, istintaq orqanına təhvil verilib.

Əhməd
Cebhe.info

Mənbə: cebhe.info