Avropanın ən iri çaylarında maska və əlcəklər tapıldı – Yeni koronavirus təhlükəsi

Avropanın ən iri çaylarında maska və əlcəklər tapıldı – Yeni koronavirus təhlükəsi

Avropanın yeddi ən böyük çayında istifadə olunmuş maska və tibbi əlcəklər tapılıb. Mütəxəssislər hesab edirlər ki, aşkar edilən əşyalar koronaviruslu xəstələr tərəfindən atılıb.

Unikal.org “France Inter” radiostansiyasına istinadən xəbər verir ki, bu barədə su resurslarının monitorinqi üzrə “Tara Ocean” Fondunun nümayəndəsi Roma Hetinger bildirib.

“Bu cür məlumatlar narahatlıq doğurur. Çünki onlara əsasən, digər müdafiə vasitələri artıq dənizə düşüb”, - deyə Hetinger qeyd edib.

Mütəxəssis hansı su hövzələrindən söhbətin getdiyini açıqlamayıb. Lakin Fondun Temza, Elba, Reyn, Sena, Ebro, Rona, Tibr, Harrona və Luara çaylarını araşdırdığı məlumdur.

Mənbə: www.unikal.org