Azərbaycanda qida təhlükəsizliyi problemlərinə dair 5 risk profili hazırlanıb

Azərbaycanda qida təhlükəsizliyi problemlərinə dair 5 risk profili hazırlanıb

"Qida təhlükəsizliyi sahəsində risklərin təhlili Qaydaları" hazırlanıb və ötən ilin sonunda Ədliyyə Nazirliyinə rəyə təqdim edilib.

APA-nın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunika Mərkəzi (İİKTM) ilə Azərbaycann Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın 2019-cu ilin nəticələri barədə birgə mətbuat konfransında bildirilib.

Qida məhsullarının təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarəti obyektləri ilə bağlı mövcud vəziyyət araşdırılıb, bu sahədə problemlərin müəyyənləşdirilməsi ilə bağlı işlər görülüb. Lakin bu istiqamətdə problemlərlə bağlı əsasların müəyyənləşdirilməsi üçün daha detallı araşdırmaların aparılması, bu istiqamətdə fəaliyyətlərin və sənədlərin sistemləşdirilməsi tövsiyə olunur.

Qida məhsullarının təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarəti obyektlərində müəyyən edilmiş problemlərin obyektiv qiymətləndirilməsi üçün qida təhlükəsizliyi problemləri, heyvan sağlamlığına aid xəstəliklər və bitki sağlamlığına aid zərərvericilər üzrə 15 risk profili hazırlanıb:

Risk profilləri hazırlanmış qida təhlükəsizliyi problemləri:

1. Çiy süd və süd məhsullarında Brucella, 2. Fındıqda aflatoksin, 3. Palma yağı, 4. Quş əti məhsullarında Salmonella, 5. Trans yağlar.

Risk profilləri hazırlanmış heyvan sağlamlığına aid xəstəliklər:

1. Bruselyoz xəstəliyi üzrə, 2. Dabaq xəstəliyi üzrə, 3. Qaramalın Nodulyar dermatit xəstəliyi üzrə, 4. Heyvanların quduzluq xəstəliyi üzrə.

Bitki sağlamlığına aid zərərvericilər üzrə hazırlanmış risk profilləri:

1. Amerika ağ kəpənəyi (Hyphantria cunea Drury), 2. Aralıq dənizi meyvə milçəyi (Cerati ti s capitata Wiedemann), 3. Kaliforniya çanaqlı yastıcası (Quadraspidiotus perniciosus Comstock), 4. Pomidor lağımlayıcı güvəsi (Tuta absoluta Meyrick), 5. Şərq meyvəyeyəni (Grapholitha molesta Busck), 6. Sitrus ağqanadlısı (Dialeurodes citri (Ashmead).

Lakin bu tədbirin icrası çərçivəsində hazırlanmış risk profillərinin növbəti illərdə real təcrübədə tətbiq olunacağı nəzərə alınaraq, risk profilləri üzrə daha detallı risk amillərinin müəyyənləşdirilməsi, detallı risk identifikasiya, risk qəbuletmə, risk idarəetmə və risklərin qarşısının alınması elementlərinin də əks olunması tövsiyə olunur.

Mənbə: apa.az