“Uşağını doyunca öpüb qucaqlaya bilmədi” - Şəhidin atası

“Uşağını doyunca öpüb qucaqlaya bilmədi” -  Şəhidin atası

"Oğlum 6 aylıq övladını bizə yadigar qoyub getdi" Azvision.az xəbər verir ki, bunu ötən gün Tovuz istiqamətində gedən döyüşdə şəhid olan Azərbaycan Ordusunun baş əsgəri Elşad Məmmədovun atası Dönməz Məmmədov deyib.

Şəhid atası bildirib ki, gənclər düşmənlə mübarizədə cəsarətli olsunlar:

"Oğlum Elşad 25 yaşında vətən uğrunda sinəsini qabağa verdi. O, elə- belə şəhid olmadı. Qoy bütün oğullar mənim Elşadım kimi qoçaq övlad olsunlar. Dığanın qabağından qaçmasınlar. Elşad özündən sonra 6 aylıq övladını bizə yadigar qoyub getdi, özü uşağını doyunca öpüb qucaqlaya bilmədi".

Qeyd edək ki, ötən gün şəhid olan Azərbaycan Ordusunun baş əsgəri Məmmədov Elşad Dönməz oğlu Tovuzun Ağdam kəndində dəfn olunub.

Azvision.az

Mənbə: azvision.az