Dənizdə koronavirusa yoluxma təhlükəsi nə qədərdir? - Yəhudi həkim

Dənizdə koronavirusa yoluxma təhlükəsi nə qədərdir? - Yəhudi həkim

Dəniz kənarında və ya okean kurortunda koronavirus infeksiyasının ehtimalı çimərlikdə və suda adamların sıxlığından asılıdır.

Qaynarinfo xəbər verir ki, bu haqda israilli həkim Boris Bril infeksiyaların artmasına görə karantinin ölkəsində yenidən bərpa ediləcəyi ilə bağlı xəbərlərə münasibət bildirərkən deyib.

"Məsələ budur ki, çimənlərin sıxlığı nə qədərdir. Əgər onlar 1 metr məsafədədirlərsə, bəli, tamamilə yoluxa bilərlər”, - o deyib.

Sosial məsafə təxminən 3 m olarsa, təhlükə əhəmiyyətli dərəcədə azalır, çünki dənizdə "infeksiyanı" yuyacaq cərəyanlar var. Ancaq həkimə görə, insanlar bir-birindən bir metr məsafədədirsə, ünsiyyət qururlar, üstəgəl stəkanlar, yuyulmamış əllər, əlbəttə bu, risk faktorudur".

Alpər

Mənbə: qaynarinfo.az