Koronavirusdan evlərdə müalicə alanlarla bağlı böyük yanlışlıq - tək öz vəsaitləri hesabına yox…

Koronavirusdan evlərdə müalicə alanlarla bağlı böyük yanlışlıq - tək öz vəsaitləri hesabına yox…

Rafis Bağırov: “Bu xəstələrin dərman vasitələrilə təmin olunmasını dövlət həyata keçirir”

Koronavirusa yoluxan xəstələrin bir qisminin amblator müalicəyə cəlb edildiyi məlumdur. Bəziləri yalandan iddia edirlər ki, guya evlərdə müalicə alan xəstələrin müalicəsi onların öz şəxsi büdcəsi hesabına həyata keçirilir. İddialara görə, həkim telefpn vasitəsilə müalicə yazır, xəstə isə həmin dərmanları özü alır.

Araşdırmamış zamanı məlum oldu ki, deylənlər həqiqətəuyğun deyil və evlərdə müalicə alan xəstələri dövlət dərman vəsaitləri ilə təmin edir. Qeydiyyatdan keçən xəstələrin hər birinə Səhiyyə Nazirliyi ərazi poliklinikaları vasitəsilə üzərinə COVID-19 yazılan dərman bağlamaları verirlər. Hətta yaxından tanıdığımız xəstələr dövlətin onlara verdiyi dərman paketinin şəkilini də redaksiyamıza təqdim ediblər.

Səhiyyə Nazirliyinin təqdim etdiyi paketdə “D” vitamini kompleksi, “Maqnerot”, “Zinkorot”, “Selen”, “Vitamin C”, “Prostomol” və s dərmanlar yer alıb.

Əlaqə saxladığımız evdə müalicə alan xəstələr dövlətin onlara göstərdikləri dəstəkdən razılıq edir və ümid edirlər ki, tezliklə virusla vidalaşa bilcəklər.

“Dövlət evlərdə müalicə alan koronavirus xəstələrinə xüsusi dərman paketi verir və həmin dərmanlar birbaşa xəstələrin evlərinə göndərilir”

Tanınmış həkim-terapevt Rafis Bağırov “Bakı-Xəbər”ə bildirlər ki, koronavirusa yoluxan, ev şəraitində müalicə alan xəstəklərin dövlət tərəfindən dərman vasitələri ilə təmin olunması faktdır və bunu heç kim inkar edə bilməz. “Bu gün evlərdə həkim nəzarəti altına öz müalicəsini davam etdirən insanlar əsasən yüngül xəstələrdir. Bu xəstələrin dərman vasitələrilə ilə təmin olunmasını dövlət həyata keçirir. Bir məqamı da qeyd edim ki, evlərdə müalicə alan xəstələrin bir qismi poliklinika həkiminin ona yazdığı dərmandan istifadə etmək istəmir, bu zaman özünün inandığı həkimə müraciət edir və həmin həkimin yazıdığı dərmanları qəbul edir. Təbii ki, bu halda həmin dərmanları xəstə öz hesabına alır. Amma digər xəstələr dövlətin verdiyi dərmanlardan istifadə edir. Dövlət evlərdə müalicə alan koronavirus xəstələrinə xüsusi dərman paketi verir və həmin dərmanlar birbaşa xəstələrin evlərinə göndərilir. Müalicə prosesinin effektiv olması, insanın sağalması bir qədər inam işidir. Bəzi xəstələr yanlış olaraq düşünür ki, guya dövlətin verdiyi dərmanların effekti azdır, gedib öz inandıqları həkimə müalicə yazdırırlar”-deyə R.Bağırov qeyd etdi.

R.Bağırovun sözlərinə görə, dövlətin indiki şəraitdə bütün koronavirus xəstələrinə bu cür qayğı göstərməsi, onları dərman vəsaitləri ilə təmin etməsi çox müsbət haldır və bu insanların büdcəsi üçün də kifayət qədər faydalıdır.

Koronavirus xəstlərinin də, ekspertin də fikirlərindən belə qənaətə gəldik ki, dövlət virusa yoluxan hər bir vətəndaşa həssas münasibət göstərir və onların müalicəsini öz öhtəsinə götürür, xəstələri dərmanla təmin edir.

İradə SARIYEVA

Mənbə: www.baki-xeber.com