PCR testi koronavirusu təyin edirmi? – “Bu testə güvən yoxdur” - PROFESSOR

PCR testi koronavirusu təyin edirmi? – “Bu testə güvən yoxdur” - PROFESSOR

Hazırda ölkəmizdə koronavirus testi ən populyar tibbi xidmətlərdən hesab olunur.

Artıq özəl şirkətlər öz əməkdaşlarını sığortalamaq üçün koronavirusu təyin edən PCR testindən keçirir. Hətta bir çox insan panikaya düşdüyü üçün bu testi heç bir xəstəlik əlaməti olmadan etməyi qərara alır.

Amma təkcə PCR testinin koronavirusu müəyyənləşdirməyə kifayət etdiyi sual doğurur. Eyni zamanda koronavirusla bağlı edilən testin nəticəsi neqativ çıxıbsa, cavabın nə qədər müddətdə qüvvədə qalması, növbəti testin nə vaxt ediməsi kimi məsələlər də insanların maraq dairəsindədir.

Tibb elmləri doktoru, professor Adil Qeybulla Cebhe.info-ya deyib ki, koronavirusu təyin edən testə güvən yoxdur. Tək test edilmə ilə heç nə demək olmaz: “Olur ki, xəstədə ağciyər pnevmaniyası var, amma testin nəticəsi neqativdir. Test bütöv əlamətlərlə birgə dəyərləndirilməlidir. Bununla yanaşı testin nəticəsinin neqativ və pozitiv çıxmasından asılı olaraq xəstə müalicənin ikinci mərhələsində bir də test edilməlidir. Bu müddət bir həftə və ya 10 gün ola bilər”.

Alçina Amilqızı
Cebhe.info

Mənbə: cebhe.info