Yuxarı Ağcakəndə güclü leysan yağıb, təsərrüfata və əhaliyə ziyan dəyib

Yuxarı Ağcakəndə güclü leysan yağıb, təsərrüfata və əhaliyə ziyan dəyib

İyulun 13-də Goranboy rayonunun Yuxarı Ağcakənd ərazisində güclü leysan yağıb.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, leysan saat 16:45-də başlayıb və 17:25-ə kimi davam edib.

İlkin məlumata görə, Gorançaydan keçən sel nəticəsində təsərrüfata və əhaliyə ziyan dəyib.

Mənbə: apa.az