"Ermənistan qorxaq və zəif ölkədir, Azərbaycan işğal faktına son qoyacaq" - AÇIQLAMA

"Ermənistan qorxaq və zəif ölkədir, Azərbaycan işğal faktına son qoyacaq"  -  AÇIQLAMA

"Bu gün görüntüdə Ermənistanla Azərbaycan arasında savaş gedir, həqiqətdə isə 4-5 ölkə də birbaşa, elə o qədər də dolayısı yolla iştirak edir".

Bu barədə cəbhədə baş verən hadisələr haqqında Buta.ws-a özəl açıqlama verən Millət Vəkili Razi Nurullayev deyib.

"Təbii ki, Azərbaycan heç vaxt işğal faktı ilə barışmayacaq və torpaqları istər sülh, istər hərb yolu olsun, azad edəcəkdir. Ermənistan qorxaq və zəif ölkədir. Amma, arxasında güclü dayaqları var. Bu gün görüntüdə Ermənistanla Azərbaycan arasında savaş gedir, həqiqətdə isə 4-5 ölkə də birbaşa, elə o qədər də dolayısı yolla iştirak edir. Kim o ölkələrin dəstəyini qazanırsa, qələbə də onun olur. İnşallah, Azərbaycan o ölkələrin də dəstəyini qazanacaq və işğal faktına son qoyacaq", - deyə Millət Vəkili bildirib.

Mənbə: buta.ws