Gənclərin koronavirusa daha həssas olduğu üzə çıxdı

Gənclərin koronavirusa qarşı əvvəlki rəylərə nisbətən daha həssas olduqları üzə çıxıb.

Teleqraf.com xəbər verir ki, ABŞ-ın Kaliforniya Universitetinin tədqiqatçıları 18-25 yaş arası 8 400 nəfər gəncin məlumatlarını araşdıraraq COVID-19 virusunun oğlanların 33 faizində, qızların da 30 faizində ağır fəsadlara səbəb ola biləcəyi qənaətinə gəliblər.

Bu cür fəsadların ehtimalı daha çox kənar amillərdən, xüsusilə də tütün istifadəsindən asılıdır.

Bu ilin 11-18 aprel tarixlərində hər 100 min əhalidən COVID-10 virusu ilə xəstəxanaya yerləşdirilən 18-29 yaşlı şəxslər orta hesabla 8,7 nəfər, 65 yaşından yuxarı şəxslər isə 128,3 nəfərdisə, 21-22 iyun tarixlərində həmin göstəricilər müvafiq olaraq 34,7 və 306,7 olub. Bu da koronavirusla xəstəxanaya yerləşdirilən gənclərin 200 faizdən artıq çoxalması deməkdir.

Koronavirusun gənclər üçün təhlükəsini artıran amillər sırasında ürək xəstəlikləri, şəkərli diabet, astma, daxili immun pozuntuları, qaraciyər pozuntuları, habelə piylənmə və tütünə aludəlik göstərilir.

Teleqraf.com

ƏVVƏLKİ XƏBƏR

Erməni sosial şəbəkə istifadəçiləri məlumat yaydı - Düşmənin itkiləri yüzlərlədir

SONRAKI XƏBƏR

Mahmud Vaezi: “Azərbaycanın ərazi bütövlüyü İranın regional strategiyasıdır”